Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakını çökdürən şirkət deputatın qardaşının çıxdı - FOTOLAR

Səməd Vurğun küçəsində yolun çökməyinə səbəb olan bina tikintisini aparan şirkətlə bağlı yeni məlumatlar bəlli olub.

Yenicag.az-a daxil olan xəbərə görə, tikintinin sahibi “Seven Point” şirkətidir.

Şirkətin rəhbəri isə “un kralı” kimi tanınan deputat Əsabil Qasımovun qardaşı Vaqif Qasımovdur.

Tikinti sektorunda “İmişli mafiyası” kimi tanınan bu şirkətin digər ortağı Taleh adlı iş adamıdır.

Ərazidə böyük tikinti lahiyələri icra edən “Seven Point” ilə bağlı tək şikayət də bu deyil. Yolun çökməsi ilə yanaşı, əhalinin zorla ərazidən çıxarılması və digər iddialar da dövrü mətbuatda səsləndirilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Əsabil Qasımova aid şirkətlərlə bağlı digər bir iddia da ölkədə un inhisarçısı olmaqla yanaşı, Gürcüstandakı biznesi və qonşu ölkə üzərindən Ermənistanla gizli iş əlaqələri qurmasıdır.

Bütün bunların fonunda Əsabil Qasımovun qardaşı Vaqif Qasımova aid tikinti şirkətinin də belə özbaşınalığa yol verməsi heç də təəccüblü deyil.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisənin tikinti aparan şirkətin təhlükəsizlik tədbirlərini düzgün həyata keçirməməsi nəticəsində yaşandığını bildirib.

“Müəyyən olunub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlılığı yoxlanılmadan və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı, amma qurulmayıb. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb” – deyə Anar Nəcəfli bildirib.

www.yenicag.az

4872
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM