Bakının 2 qəsəbəsində qaz olmayacaq

Xəzər rayonunda “Sahil” xəttindən qidalanan qaz xəttində bu gün səhər saatlarında qaz sızması aşkarlanıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, sızmanın aradan qaldırılması ilə bağlı olaraq bir müddət Mərdəkan, Şüvəlan qəsəbələrinin bir hissəsində qaz təchizatına məhdudiyyətlər qoyulacaq.