Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.
Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.