Bakının 4 rayonundakı məktəblər imtahanlarda zəif nəticə göstərdi

Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: “4 rayonda məktəblərin nəticələri aşağı olub. Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik”.