Bakının 9 rayonunda tikinti ilə bağlı yeni tələblər

Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafı- nın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərara dəyişiklik edib.

Yenicag.az xəbər verir ki, bu barədə sənəd Baş nazirin müavini Abid Şərifov tərəfindən imzalanıb.

Dəyişikliyə görə, sözügedən rayonların ərazisində tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməlidir.

COP29