!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Baş Planı nə vaxt hazır olacaq?

!Reklam – Yazi

“Bakının Baş Planı ilə bağlı neçə ildir ki, təhlil aparırdıq. Ötən il Planın hazırlanması üzrə I mərhələni başa çatdırdıq”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

“Hazırda Baş Planın hazırlanması üzrə II mərhələdəyik. Bununla bağlı ötən il dekabrın 14-də beynəlxalq tender elan etmişik. 10-dan artıq təşkilat tenderdə iştirak etmək üçün sənədlərini verib. Fevralın sonunda tender başa çatacaq. Qalib təşkilat seçildikdən sonra Baş Planın əsas cizgiləri üzərində iş başa çatdırılacaq. Planımızda var ki, bu ilin sonuna əsas cizgilər hazır olsun”, – deyə o, qeyd edib.

Bundan başqa, D.Dövlətxanovun sözlərinə görə, Komitə Bakının inkişafını özündə ehtiva edilən konsepsiya da hazırlayıb./Report/

www.yenicag.az

2498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv