Bakının Baş planının hazırlanması prosesi başa çatdı

Bakının Baş planının hazırlanması prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, hazırda Baş planın layihəsi razılaşdırma mərhələsindədir:

“Razılaşdırma mərhələsi artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda Baş plan təsdiq üçün aidiyyəti qurumlara təqdim ediləcək”.