!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Şəmsi Bədəlbəyli küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti istiqamətində sıxlıq müşahidə olunur.

3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

4. 28 May küçəsinin, Fikrət Əmirov küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

5. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

6. Həsən bəy Zərdabi prospektinin 20 Yanvar dairəsinə düşən hissəsində sıxlıq müşahidə olunur.

7. Abbasqulu ağa Bakıxanov küçəsində, Murtuza Muxtarov küçəsi ilə kəsişmədən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

8. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

9. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

10. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,Xaqani küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

11. Azadlıq prospektində, Eldar Tağızadə küçəsi ilə kəsişməsindən, Salatın Əsgərova küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

12. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

13. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Qarabağ küçəsi ilə kəsişməsindən, Şah İsmayıl Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

14. İstiqlaliyyət küçəsində, İçərişəhər metro stansiyasının qarşısından Niyazi küçəsinə doğru, Azneft dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

15. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

16. Bakı – Sumqayıt şossesində, Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

www.yenicag.az

150
Ads
www.veteninfo.com
!Reklam – Arxiv