Bakının bəzi küçə və prospektlərindən sıxlıq müşahidə olunur

Hazırda paytaxtın Tbilisi prospektində nəqliyyat vasitələrinin say çoxluğu səbəbindən sıxlıq müşahidə edilir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin Koroğlu Rəhimov küçəsi Heydər Əliyev prospekti istiqamətində də nəqliyyat vasitələrinin say çoxluğu səbəbindən sıxlıq müşahidə olunur.