Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Yenicag.az-a bildirib ki, sabah, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.
O qeyd edib ki, hərbi orkestrlər saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər.
– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;
– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli;
– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;
– Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti;
– Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.
Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağadakı ünvanlarda çıxışlar edəcəklər.
– Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
– AzNeft dairəsindəki bayraq meydanında;
– Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
– Zabitlər parkında;
– Koroğlu parkında;
– Fəvvarələr meydanında.
“Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – DYP rəsmisi vurğulayıb.