Bakının bir hissəsi işıqsız qalıb

isigBakının Xətai rayonunun bir hissəsində elektrik enerjisi təchizatında problem yaranıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb. Nəticədə rayonun S.Mehmandarov küçəsi, Məhəmməd Hadi, Gəncə prospekti və digər yaşayış massivlərində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.

Bildirilib ki, “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq.

“Azərişıq” ASC yaranmış narahatlığa görə abonentlərdən üzr istəyir.

 

Yenicag.az