17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən məlumat verilib.
İçməli suyun verilişində məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.