Bakının bir hissəsində qaz yoxdur

133207_res_01Bu gün Bakının bir hissəsində, o cümlədən, Goranboy və Astara rayonlarında təbii qazın verilişi dayandırılıb.

Virtualaz.org saytına açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, qazın verilişində məhdudiyyət təmir işləri ilə əlaqədardır:

“Astara və Goranboy rayonlarına, o cümlədən Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə qazın verilişində məhdudiyyət var. Təmir işləri ilə əlaqədar Binəqədi rayonunun 6 və 7-ci mikrorayonlarının ərazisində də qazın verilişi dayandırılıb. Lakin saat 17:00-da məhdudlaşdırılmış ərazilərdə qaz bərpa olunacaq”.

Qeyd edək ki, ötən gün Dövlət Neft Şirkətindən Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir işlərinin aparılacağı və buna görə də, həmin ərazilərdə “mavi yanacağ”ın verilməsində məhdudiyyətlər olacağı xəbər verilirdi.