Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsi, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.