Bakının bir sıra ərazilərində qaz olmayacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz verilişində məhdudiyyət olacaq.

“Azəriqaz”dan Yenicag.az-a verilən məlumata görə, qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22 iyul saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq:

“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.

COP29