Bakının bir sıra yollarında tıxac yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1.Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2.Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
3.Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;
4.Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
5.Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.