Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakının bu ərazilərində işıq olmayacaq

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yenicag.az xəbər verir ki, bu barədə  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

“Azərişıq” yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir.

www.yenicag.az

4778