Bakının bu ərazilərində qaz olmayacaq

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Nəsimi rayonu M.Sənani küçəsində diametri 273 millimetrlik polietilen yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və diametri 250 millimetrlik siyirtmənin qurlaşdırılması ilə əlaqədar noyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək rayonun 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə küçələri, eləcə də Tbilisi və Heydər Əliyev prospektlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

COP29