Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun Şıxov, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, qəza briqadaları hadisə yerində işləyir.