Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə Yenicag.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar olaraq, Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub.