Bakının bu ərazisi işıqsız qalacaq

Bu gün saat 12:00-dan 15:30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” İstehlakçılardan üzr istəyir.