Bakının bu ərazisində də evlər söküləcək

Bakının daha bir rayonunda fərdi yaşayış evləri plana düşüb.

Yenicag.az BAKU.WS-ə istinadla xəbər verir ki, söhbət Xətai rayonunda yerləşən NZS qəsəbəsindəki evlərdən gedir.

Artıq ərazidə 2 şirkət evlərə baxış keçirib. Ərazidə tikinti işləri aparmaq üçün geoloji araşdırmaların nəticələri gözlənilir. İkimərtəbəli binalar söküldükdən sonra yerində çoxmərətəbəli binaların tikilməsi üçün geoloji rəyin verilməsi vacibdir. Məhz müsbət rəy verildikdən sonra ərazidə 12 mərətəbəli binanın inşaası planlaşdırılır.

Evləri plana düşəcək sakinlərə 2 min AZN kompensasiya nəzərdə tutulub. Bununla razılaşmayanlara isə yeni binalarda evlə yanaşı, kirayə pullarının verilməsi təklif ediləcək.