Bakının bu ərazisində içməli su kəsiləcək

Bu gün Bakı şəhəri Suraxanı rayonu ərazisində gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.