Bakının Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Badamdar qəsəbəsinə və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə”Azərsu” ASC məlumat verib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.