Bakının Bayıl qəsəbəsində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, – məlumatda qeyd olunub.