Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının bu hissəsində nəqliyyat şəraiti yaxşılaşdırılır - FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtın 3-cü mikrorayon dairəsində və metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında nəqliyyat şəraitini yaxşılaşdırmağa başlayıb.

Bu barədə Yenicag.az-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, BNA-nın mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən, hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb. Plana əsasən, 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədi ilə svetoforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.

“Memar Əcəmi” metrostansiyası yaxınlığında da həmçinin dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.

Loading...

www.yenicag.az

1317
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100