Bakının bu hissəsində özbaşnalıq yaradan kimdir? – VİDEO

Bakının Həsən Əliyev küçəsinin Avrasiya Hospitalı yerləşən ərazisində park edilən avtomobillər sözün əsl mənasında xaos yaradır.

Yenicag.az xəbər verir ki, bu haqda “Yeni Sabah”a hospital əməkdaşları məlumat verib. Onlar bildirirlər ki, ərazidə avtomobillərin park olunması haqda qadağanedici yol nişanlarının olmasına baxmayaraq hər gün qarmaqarışıq haqda parklanma həyata keçirilir. Bu isə nəinki ərazidə yaşayan sakinlərin, eyni zamanda Hospitalın normal fəaliyyətinə, təcili yardım maşınlarının hərəkətinə ciddi problemlər yaradır. Şikayətçilər bu ərazinin Dövlət Yol Polisinin əməkdaşlarının nəzarətindən tam olaraq kənarda olduğunu bildirirlər:

“Dəfələrlə aidiyyatı qurumlara, 902 xidmətinə müraciət etmişik. Heç bir tədbir görülmür. Faktiki olaraq özbaşınalıq olan bir ərazidir. Təqdim etdiyimiz videolara baxsanız, bu, açıq-aydın görünər”.

Həmin videoları təqdim edirik:

COP29