Bakının bu hissəsində su olmayacaq

Bu gün Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.