Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
A.Nəcəflinin sözlərinə görə, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək. (Report)