Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

3 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir.