Bakının bu qəsəbəsində su olmayacaq

Bu gün Bakının bir qəsəbəsində su olmayacaq.

“Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar tarixində gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.