Bakının bu rayonunda qaz kəsiləcək – XƏBƏRDARLIQ

Nərimanov rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun bir hissəsinin (Atletlər kəndi, “Dost” İş mərkəzi, “ASAN xidmət” mərkəzi, Neft Fondu, Media kəndi, Atletlər kəndi, DİN hospitalı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin bir hissəsində və Böyükşor ərazisində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

COP29