“Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar olaraq, sabah saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Nizami rayonunun Q.Qarayev, E.Süleymanov, B.Nuriyev, C.Naxçıvanski, R.Rüstəmov, A.Manafov və Ə.Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
“Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, – deyə məlumatda qeyd edilib.