!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bu rayonunda sabah qaz olmayacaq

!Reklam – Yazi

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yenicag.az “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti, Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək, yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.yenicag.az

2035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv