Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar noyabrın 30-da gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.