Bakının bu rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq – XƏBƏRDARLIQ

Payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A.Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar 01.09.2023-cü il tarixdə saat 10:00-da qaz təchizatı dayandırılacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M.S.Ordubadi, M.Aslanov, M.Füzuli və A.Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.