Bakının bu yollarında sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

9. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

10. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

14. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

15. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

17. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

18. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

19. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

20. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

21. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.