Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
15. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
16. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
17. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
18. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
20. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;
21. Babək prospekti, mərkəz istiqamətində;
22. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində sıxlıq müşahidə olunur.