!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının daşınmaz əmlak bazarı: Satış olmasa da, qiymətlər azalmır – Ekspertin ŞƏRHİ

!Reklam – Yazi

“Pandemiya dönəmində əmlak bazarında bir çöküş olsa da, daşınmaz əmlakın qiymətində ucuzlaşma müşahidə olunmur”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dönəmində daşınmaz əmlak bazarının mövcud durumunu dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyevin sözlərinə görə, hazırda əmlak bazarında hökm sürən durğunluq kirayə bazarında daha qabarıq hiss olunur:

“Karantin rejiminin əmlak bazarına ciddi təsirləri danılmazdır. Xüsusilə də, ölkədaxili gediş-gəlişə qadağa qoyulması kirayə bazarına ciddi şəkildə mənfi təsir göstərib. Çünki təhsil ocaqları bağlanandan sonra tələbələr öz rayonlarına qayıtdılar və kirayə mənzil bazarı boş qaldı.

Eyni zamanda, əksər iş yerlərinin bağlanması fonunda paytaxt Bakıda kirayədə yaşayan günəmuzd işləyənlər də öz bölgələrinə geri dönüblər. Nəticədə kirayə evlərə tələbat olduqca azalıb”.

Paytaxt Bakıda daşınmaz əmlakla bağlı əsas problemə də toxunan ekspert qeyd edib ki, əksər evlərə çıxarış verilməməsi vətəndaşları çətin vəziyyətə salıb. Pandemiya dövrü bir daha göstərdi ki, bu problemin tezliklə aradan qaldırılması vacibdir:

“Bakıdan daşınmaz əmlak alan insanların bir qisminin gəliri Türkiyə, Rusiya və digər ölkələrdən daxil olurdu. Hansı ki, xarici ölkədə çalışan insanlar gəlib, Bakıda ev alırdılar. Digər qism isə rayonlarda fermer və digər təsərrüfatlarla məşğul olan insanlar idi.

Gəliri yüksək olan şəxslər paytaxtda daşınmaz əmlaka yatırım edirdilər və daha sonra o evləri kirayəyə verirdilər. Lakin pandemiya dövrü bu sahəyə də təsirsiz ötüşmədi. Ən pisi odur ki, Bakı sakinlərinin əksəriyyətinin paytaxtda şəxsi evi olsa da, o evlərin çoxunun müvafiq çıxarışı yoxdur.

Ona görə də, həmin vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər. Nəticədə gediş-gəlişlə bağlı tətbiq olunan məhdudiyyətlər fonunda əsli rayondan olan şəhər sakinlərinin öz evlərinə qayıtmaları mümkün olmur. Ümumilikdə karantin dövründə vətəndaşlar bağ evlərinə daha çox üstünlük verdilər. Ona görə də kirayə bağ evlərinə tələbat daha yüksəkdir”.

Gülşən Şərif

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv