Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakının əsas yük terminalı fəaliyyətini dayandırdı

Bakının mərkəzində yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əsas yük terminalı fəaliyyətini dayandırıb.

Limandan verilən məlumatda qeyd olunur ki, terminalın bütün əməliyyatları Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə əsas yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın ilkin mərhələdə yükaşırma qabiliyyəti ildə 15 milyon ton, o cümlədən 100 min konteyner təşkil edəcək./Trend /

www.yenicag.az

1478