Bakının girişində güclü tıxac yarandı – Sıxlıq olan küçələr – SİYAHI

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq var.

Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində),
Ziya Bünyadov prospekti – (Əsasən,Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – Əsas yol,20 Yanvar dairəsi istiqamətində),

Tbilisi prospekti – Əsas yol və Köməkçi yol – (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində),

Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) nisbətən, Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir.