!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının ictimai nəqliyyatının gediş haqqında yenilik!

!Reklam – Yazi

yeni_avtobus_007Bakının ictimai nəqliyyatında təmassız ödənişlərin yeni metodu tətbiq ediləcək. Bunu həmin metodun layihəsinə yaxın mənbə deyib.

Onun sözlərinə görə, yeni metod xüsusi stikerlərdən istifadə etməklə gediş haqqının ödənişini nəzərdə tutur: “Stikerlər “hazırda istifadə edilən nəqliyyat “Bakı Kart”larının standartları üzrə hazırlanacaq”.

Mənbə qeyd edib ki, stikerlər digər formada hazırlanacaq: “Stikerlər kiçik yumru yapışqan formasında olacaq. Onları mobil telefonin səthinə vurmaq və ya pul kisəsində daşımaq olar. Stikerlərin qiyməti hələ müəyyən edilməyib, lakin onların qiyməti 0,50 manatı ötməyəcək”.

Balansı istənilən rahat qurğudan doldurmaq olar. Bunlar “Bakı Kart”ın balansını doldurmaq üçün aparatlar, nağd vəsaitin qəbulu üçün ödəniş terminalları (MilliÖN, eManat, ExpressPay və digərlər) ola bilər. Bundan başqa, stikerlərin balansını “Azərpoçt”un poçt şöbələrində və banklarda (Unibank, Express bank, ATA bank və s.) doldurmaq mümkün olacaq.(trend)

Yenicag.az

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv