Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin, Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.