Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı rəsm müsabiqəsi keçiriləcək

Nuru Paşa (Mustafa Nuri Killigil)  komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.

Mövzu: Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?

İştirak şərtləri və müraciət qaydası

–  Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.

–  İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.

–  Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

–  Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.

–  Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.

–  Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq.

–  Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.

–  Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək.

–  Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.

–  Müraciətin başlama tarixi 9 iyul 2022-ci il şənbə günü, bitmə tarixi isə 2 sentyabr 2022-ci il cümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

Ünvan və əlaqə vasitələri

Ünvan: Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Səməd Vurğun küçəsi 134, Bakı

Tel: +994 444 73 20

e-poçt: [email protected]

Twitter: https://twitter.com/TCBakuBE

Facebook: https://www.facebook.com/TCBAKUBE/