Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

Reklam: Sinerji Pro

Sentyabrın 15-i Bakının Qafqaz İslam Ordusu tərəfindən isğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı Bakıdakı Türk Şəhidliyində və Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə nazirliyin bir qrup hərbi qulluqçusu iştirak edib.

Abidələr qarşısına Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi adından qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Türkiyənin Azərbaycandakı səfiri  E.Özoral çıxışında bildirib ki, 15 sentyabrda Bakının işğaldan azad edilməsi ilə qazanılan bu zəfər tək bugünkü Azərbaycanın yolunu açmayıb, eyni zamanda Azərbaycan və Türkiyə üzərində qurulmaq istənilən oyunların sonunu gətirib: “Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Hər zaman olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində bizlər üçün ən önəmli olmağa davam edəcəksiniz. Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən birgə işğaldan azad edilməsinin 102-ci ildönümdə Nuru Paşanı, hər bir əsgəri, Azərbaycan ordusunun hər bir nəfərini minnət və sayqı ilə anıram”.

Tədbirdə dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq münasibətlərinə əsaslandığı və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğu və bu əlaqələrin daim inkişaf etdiyi vurğulanıb.

Loading...

www.yenicag.az

389