Bakının magistral yollarında sürət həddi endirildi

Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenicag.az-a verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.