Bakının mərkəzində 4 qumbara tapıldı

Bakının mərkəzində qumbara tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniçağ.az-a verilən məlumata görə, Səbail Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Ü.Hacıbəyov küçəsində sellofan torbaya bükülmüş 4 ədəd qumbara və 3 ədəd qumbara alışdırıcısı tapılaraq aidiyyəti üzrə Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az