Bakının mərkəzində bina yanır – VİDEO/YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.

***

12:21

Bakının Yasamal rayonu, “Nizami” metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.

Yenicag.az-ın məlumatına görə, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın səkkizinci mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır./Oxu.az/