Bakının mərkəzində güclü partlayış – Vİdeo +18 – SON DƏQİQƏ

Bakının mərkəzində güclü partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə Tərlan Əliyarbəyov küçəsində qeydə alınıb. Partlayış zamanı xəsarət alanlar var. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış habelə yanğınla nəticələnib.

İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib.