Bakıda avtomobildən oğurluq edilib.
Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonu Gənclər Meydanı 1 ərazisində yerləşən avtodayanacaqda qeydə alınıb.
Belə ki, Nizami rayon Keşlə qəsəbəsinin sakini Əliyev Mübariz Akif oğluna məxsus 90-UK-250 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilindən 2 ədəd telefon, şəxsi sənədlər və içərisində 106 manat olmaqla pul qabı götürüldüyü qeydə alınıb.
Zərərçəkmiş şəxs saat 19:48 radələrində avtomobilini dayanacaqda saxladığını və geri qayıtdıqda isə maşınının şüşəsinin açıq olduğunu bildirib. O, dərhal hadisə ilə bağlı polisə məlumat verib. Əraziyə baxış keçirən Səbail rayonu 9-cu Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin olması təsdiqlənib. Bu, kameraya baxış zamanı öz təsdiqini tapıb.
Faktla bağlı araşdırma aparılır.
Elvin Paşazadə